11-ci Beynəlxalq Hakimli və İştiraklı
AVRASİYA ZİRVESİ ELMİ TƏDQİQATLAR VƏ İNNOVASİYALAR KONQRESİ
22-23 İyun 2023-cü il, Kapadokya, Nevşehir
Bakı Avrasiya Universiteti, Göreme Belediyesi və İKSAD İnstitutu
(canlı üz-üzə və onlayn iştirak)
Müraciət və Qeydiyyat Prosesi
Konfrans Təqvimi
• Xülasə (özət) təqdim etmək üçün son tarix: 10 iyun 2023-cü il (yalnız Xülasə (özət) ilə qəbul edilir)
• Qeydiyyat və Ödəniş: 6-12 iyun 2023-cü il
• Proqramın elanı: 14 iyun 2023-cü il
• Tam mətnin göndərilməsi üçün son tarix: 15-30 iyun 2023-cü il tarixləri arasında. (tam mətni təqdim etmək öhdəliyi yoxdur. Siz yalnız xülasə ilə də iştirak edə bilərsiniz)
• Konqre kitabının qəti nəşr tarixi: 10 iyul 2023-cü il
Konfrans iştirak növü
• Onlayn iştirak və təqdimat: Zoom vasitəsilə həyata keçiriləcəkdir. Giriş parolu konqre proqramında dərc olunacaqdır.
• Canlı üz-üzə iştirak və təqdimat: Bakı Avrasiya Universitetinde üz-üzə iştirak edə bilərsiniz.
Konfransın əhatə dairəsi və mövzuları
Hörmətli alimlər, tədqiqatçılar, magistrantlar,
Fənlərarası akademik tədqiqatların bir-birinə müsbət təsiri birlikdə işləməyi zəruri edir. Multidissiplinar tədqiqatlar işi nəinki hissələrə bölüb asanlaşdırır, həm də yenilik və innovasiyaya təkan verən amil kimi önə çıxır. Sizi müxtəlif elm sahələrini birləşdirən araşdırmalarınızla konfransımızda iştirak etməyə dəvət edirik.
Tədqiqat sahələri/ Konfrans əhatə dairəsi
Sosial, Humanitar və İnzibati Elmlər
Təhsil Elmləri
Təbiət elmləri
Səhiyyə Elmləri
Mühəndislik Elmləri
Memarlıq, Planlaşdırma və Dizayn
Sahələrdə yazılmış bütün orijinal əsərlərə açıqdır
Akkreditasiya
Konfransımız beynəlxalq akkreditasiyaya malikdir
Xalasə (özet) və Tam Mətn Yazı Qaydaları:
Xülasə 250-400 söz arası 12 şrift 1 aralıq İngilis və Azərbaycan dilində.
Tam Mətn ən azı 5 səhifə, 12 şrift 1 aralıq Xülasə (özet) də daxil olmaqla İngilis və yaxud Azərbaycan dilində.
Müraciət forması
• Word formatında yazılmış xülasənizi 10 iyun 2023-cü il tarixinədək avrasyazirvesi@gmail.com ünvanına göndərə bilərsiniz. Xülasə Mətn Nümunəsi: DAXİL OLUN
• Xülasə qiymətləndirmə prosesi orta hesabla 2 gün çəkir. Hakimin qərarı (müsbət/mənfi/düzəliş) dərhal sizinlə paylaşılır.
• Xülasəniz qəbul edildikdən sonra sizə Qəbul Məktubu (pdf) göndəriləcək.
• Qəbul etdikdən sonra ən geci 12 iyun 2023-cü il tarixinədək konfransın ödənişini aşağıdakı hesab nömrəsinə yatıraraq qəbzi göndərməniz lazımdır
• Üz-üzə və onlayn iştirakla bağlı ətraflı məlumat (ödəniş və s.) aşağıda verilmişdir.
• Konfrans proqramı 14 iyun 2023-cü ildə dərc olunacaqdır. Zəhmət olmasa proqramda adınızı yoxlayarsınız.
• Təqdimatlar (onlayn 22-13 iyun 2023 və yaxud üz-üzə 23 iyun 2023-cü il tarixlərində keçiriləcəkdir. Sessiyalar mövzular və dil əsasında təşkil olunacaqdır.
• Onlayn təqdimatlarda iclas sədri/moderatoru olmaq istəyən iştirakçılar müraciətlərini 10 iyun 2023-cü il tarixinədək elektron poçt vasitəsi ilə bildirmələri lazımdır.
• Tam mətnlərinizi 15-30 iyun 2023-cü il tarixləri arasında avrasyazirvesi@gmail.com ünvanına göndərə bilərsiniz. Tam mətn nümunəsi DAXİL OLUN
• İstinadlar və ədəbiyyatlar APA Stilində tərtib edilməlidir.Tam mətnləriniz ən azı 5 səhifə olmalıdır.
Onlayn iştirak haqqı nələri əhatə edir?
Mövzuların təqdimatları
Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri
Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı (onlayn iştirakçılar üçün PDF şəklində)
Üz Üze iştirak haqqı nələri əhatə edir?
Mövzuların təqdimatları
Konfrans kitabında tezislərin və tam mətnlərin nəşri (PDF)
Bütün müəlliflər üçün ayrıca iştirak sertifikatı ( PDF şəklində)
Çay kofe
KONFRANSIN NƏŞR İMKANLARI
Xülasə (özət) və tam mətnlər Kitabda ISBN ilə çap olunacaqdır